SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsi qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS məlumat verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış noyabrın 30-a təyin edilib.

Qeyd edək ki, qətl bu il may ayında qeydə alınıb. Bakının ikinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə uşağını boğaraq öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Qurbanova ağır yaralı olaraq xəstəxana aparılıb. Onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. O hadisəni yaşamaq istəmədiyi üçün və övladlarını heç kimə əmanət edə bilmədiyi üçün törətdiyini deyib.
 
BAKU.WS