Aytacın qatilinə 20 il həbs cəzası verildi

Aytacın qatilinə 20 il həbs cəzası verildi
Hadisə 3241

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

BAKU.WS məlumat verir ki, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi Xədicə Şirinova çıxış edərək bildirib ki, təqsirləndirilən sanksiya üzrə ən ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş edib. İzzət Hüseynovun vəkili çıxış edərək bildirib ki, müdafiə elədiyi şəxsin ilk cinayət hadisəsini törətdiyini və elədiyi əməli səmimi etiraf etdiyi üçün nisbətən yüngül cəza verməyini məhkəmədən xahiş edib. İzzət Hüseynov məhkəmədə son söz deyib: O, elədiyi əməldən peşman olduğunu bildirib: " Hər gün onu düçünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram". Məhkəmə hökm qəbul edib. İzzət 20 il müddətinə azadlıqdan məhrun edilib.

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Aytacın qatilinə 20 il cəza istənildi

Aytacın qatilinə 20 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçi...

1757 Hadisə 16:48 17 noyabr 2015

Son xəbərlər