SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Son günlər bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Dəmir Yolları” ASC-i barədə xoşagəlməz xəbərlər yayılıb. Bununla bağlı artıq araşdırma aparılır”.

Bu sözləri qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, qurumun şöbə rəisləri barədə səslənən ittihamların heç bir əsası yoxdur.

Biz artıq bu məsələ ilə bağlı araşdırmalara başlamışıq. Elyar Muradov da çağırılıb və həmin informasiyaları yazan saytın əməkdaşı da dəvət olunub. Qurumda rəislərin bələdçi xanımlara qarşı cinsi istismar söhbəti araşdırılır. Sayt həmin informasiyanın düzlüyünü sübut etməlidir”, - deyə Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisi yazı ilə bağlı məhkəməyə müraciət olunacağını da istisna etməyib.


Qeyd edək ki, azfakt.com saytı yazır ki, "Azərbaycan Dəmir Yolları” ASC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla Bakı Depo rəisi Rəhman Bəbişov dövlət vəsaitlərini mənimsəməklə bərabər həm də xanım işçiləri cinsi istimara məruz qoyurlar. Orada çalışan xanımlar zorlanır.

Ziya Səccad

BAKU.WS