Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər
Dünya 12

Türkiyə və Rusiyanın Xarici İşlər nazirlikləri (XİN) Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada qarşılıqlı fəaliyyətin inkişafını və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, məsləhətləşmələrdə Türkiyə tərəfindən Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarənin rəisi, səfir Mehmet Samsar, Rusiya tərəfindən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak ediblər.

"Mərkəzi Asiya və Cənubi Qafqazda kənar təşəbbüslərin yolverilməz olduğu vurğulanıb. Bu kontekstdə tərəflər regional məsuliyyət prinsipi əsasında sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün perspektivli mexanizm kimi "3+3" Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) ritmik işinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıblar", - bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər