Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Məmmədli qəsəbəsində yol və kanalizasiya problemi sakinlərin ciddi narazılığına səbəb olub.
Belə ki, yaşayış məntəqəsinin Heydər Əliyev prospektinin bəzi hissələrində asfalt örtüyü dağılıb, yolda çoxsaylı çalalar əmələ gəlib.
Sakinlərin Baku TV-yə bildirdiyinə görə, yolun bərbad vəziyyətdə olması səbəbindən ərazidən keçən avtomobillər zədələnir, tıxac yaranır.
Problemi daha da ağırlaşdıran məqam isə kanalizasiya sularının yola axmasıdır.
Çirkab suların toplanması nəticəsində ərazidə gölməçələr yaranır, palçıq artır və ətrafa kəskin üfunət yayılır.
Sakinlər bildirirlər ki, kanalizasiya xəttində yaranan nasazlıqlar səbəbindən ərazi dəfələrlə qazılıb və təmir edilib. Lakin bir müddət sonra eyni problem yenidən ortaya çıxıb.
Oxşar xəbərlər
Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib. BAKU.WS həmin payl...