SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 1978-ci il təvəllüdlü Elnarə Həsənova 2011-ci il təvəllüdlü oğlu Ramil və 2013-cü il təvəllüdlü qızı Duyğu ilə birlikdə martın 1-də evdən çıxıb və geri qayıtmayıblar.

Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

BAKU.WS