Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yaşayış binasında heç bir partlayış olmayıb.

Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış pilləkan qəfəsində məişət tullantıları 5 m2 sahədə yanmışdır. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil. Əlavə məlumat veriləcək.

BAKU.WS


***17:10


Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

BAKU.WS