Bakıda yaşayış binasındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA (FOTO)

Bakıda yaşayış binasındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA (FOTO)
Hadisə 1877
Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yaşayış binasında heç bir partlayış olmayıb.Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış pilləkan qəfəsində məişət tullantıları 5 m2 sahədə yanmışdır. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil. Əlavə məlumat veriləcək.BAKU.WS
***17:10Bakıda yaşayış binasında yanğın olub.APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.BAKU.WS

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakının Xətai rayonunda yanğın olub.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində,...

1522 Hadisə 15:58 27 yanvar 2018

Son xəbərlər