VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda daha bir yüksək vəzifəli məmurun qohumu həbs edildi.

BAKU.WS
criminal.az saytına istinadən xəbər verir ki, Nərimanov Rayonu  Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevi ötən gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tutub.

O, Cinayət Məcələsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndirilir.

Anar Nəzərəliyevin ''Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşıdır. A.Nəzərəliyevi işçilərə verilməli olan 6-cı mükafatı özünə götürür.

Eyni zamanda, öz qohumlarının adını ştat cədvəlinə yazdıraraq, onların maaş kartlarını özündə gəzdirir. Bundan başqa,kommersiya təşkilatlarına suyun satıb.

Uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai rayon Polis İdarəsinin 34-cü bölməsinin əmkdaşları həbs edib.

BAKU.WS