"Azərsu" prezidentinin yaxın qohumu qandallandı
Bakıda daha bir yüksək vəzifəli məmurun qohumu həbs edildi. BAKU.WS criminal.az saytına istinadən xəbər verir ki, Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevi ötən gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tutub. O, Cinayət Məcələsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndirilir. Anar Nəzərəliyevin ''Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşıdır. A.Nəzərəliyevi işçilərə verilməli olan 6-cı mükafatı özünə götürür. Eyni zamanda, öz qohumlarının adını ştat cədvəlinə yazdıraraq, onların maaş kartlarını özündə gəzdirir. Bundan başqa,kommersiya təşkilatlarına suyun satıb. Uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai rayon Polis İdarəsinin 34-cü bölməsinin əmkdaşları həbs edib.
BAKU.WS
Oxşar xəbərlər
"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olundu
Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, iş...