Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Vətən sevgisini hər şeydən uca tutaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmur. Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Vətən müharibəsi şəhidi, ədliyyə kapitanı Ruhin Xəlilovun anası Gülnaz Xəlilova deyib.
O, sözlərinə belə davam edib:
"Bu gün müharibənin başlandığı ilk gündür. Övladım işdən gəldi, axşam idi, dedi ki, ana, müharibə başladı, məni də çağırıblar. Oğlum ədliyyə işçisi idi. O, atasını, anasını, xanımını, körpə üç balasını qoyub Vətəni seçdi. Vətən uğrunda da şəhid oldu. Çox gözəl övlad idi, bu gün mənim üçün həm qürurlu, həm də kədərli gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bu gün Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyab...