5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşının idarə etdiyi BMW markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir. Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Fakt araşdırılır.
 
BAKU.WS