Xaçmazda polis əməkdaşları qəzaya düşüb

Xaçmazda polis əməkdaşları qəzaya düşüb
Hadisə 2126
 

Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşının idarə etdiyi BMW markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir. Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Fakt araşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda iki ailə qəzaya düşdü: 7 nəfər xəsarət aldı

Azərbaycanda iki ailə qəzaya düşdü: 7 nəfər xəsarət aldı

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, iki ailənin düşdüyü qəzada 7 nəfər xəsarət alıb. Şəmkir ra...

1163 Hadisə 10:21 13 dekabr 2016

Son xəbərlər