28 May küçəsinə çəkilən avtobus zolağı narazılığa səbəb oldu
Bakının 28 May küçəsindən istifadə edən sürücülər narazıdırlar.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Şikayətçinin sözlərinə görə, yolda çəkilən avtobus zolağı demək olar ki avtobus sürücüləri tərəfindən istifadə edilmir:
"Yolda taksi dayanacağı var, burada avtobus zolağı da çəkiblər. Zolağı çəkməklə yolu iflic ediblər. 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan başqa heç bir marşrut avtobusu zolaqdan istifadə etmir. Lakin zolağın mövcudluğu yolda sıxlığa səbəb olur".
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Tural Orucov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb.
"Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib", - deyə T. Orucov qeyd etdi.
Oxşar xəbərlər
"TikTok"da videosu yayılan direktor faciəvi şəkildə öldü
"TikTok" sosial plaformasında yayılan videosu ilə məşhurlaşan Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev vəfat edib. BAKU.WS-in əldə etdiyi məlumat...