Bakıda gecə klubunda kütləvi dava düşüb.
 
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Xəqani küçəsində yerləşən "Troya" gecə klubunda 5 nəfər arasında dava düşüb. Nəticədə 1978-ci il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı Dheyyaa Əli Əbdülhüsseyn əl-Omairi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS