SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Bu gün saat 12:50 radələrində Bakı Metropliteninin Nəriman Nərimanov stansiyasında sərnişinlərdən birinin halı qəfil pisləşib. Nəticədə, huşunu itirən 1987-ci il təvəllüdlü Oqtay Paşayev qatar olmayan relslərin üstünə yıxılıb. 

BAKU.WS-in məlumatına görə, bunu "Report"a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. 

Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib: "Metro stansiyasında özünü pis hiss edib və müvazinətini itirərək yıxılıb". 
 
BAKU.WS