Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sözügedən hissə Həsən Əliyev küçəsindən "Koroğlu" metrostansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.
İşlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Oxşar xəbərlər
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - qəza şəraiti yaratdı
Bakıda "Pikap" tipli avtomobilin sürücüsü qəfil sola dönmə manevri edərək digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb. BAKU.WS xəbər verir ki, bu barədə...