Bakı metrosunda həyəcanlı anlar (VİDEO)
28
sen
2015
14:58
Bu gün saat 12:50 radələrində Bakı Metropliteninin Nəriman Nərimanov stansiyasında sərnişinlərdən birinin halı qəfil pisləşib. Nəticədə, huşunu itirən 1987-ci il təvəllüdlü Oqtay Paşayev qatar olmayan relslərin üstünə yıxılıb.
BAKU.WS-in məlumatına görə, bunu "Report"a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib: "Metro stansiyasında özünü pis hiss edib və müvazinətini itirərək yıxılıb".
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda özünü qatarın altına atan şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)
"28 may” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə...