Bakı metrosunda həyəcanlı anlar (VİDEO)
Bakı metrosunda qadının halı pisləşib. BAKU.WS-in məlumatına görə, bu barədə hadisə şahidləri ölkə.az saytına bildiriblər. Verilən məlumata görə, bu gün saat doqquz radələrində metronun "20 Yanvar" stansiyasında ortayaşlı bir qadın ürəyindən şikayət edərək yerə yıxıb. Hadisə şahidi bildirir ki, qadın qatarda olan havasızlıqdan özünü pis hiss edərək yerə yıxılıb. Metro işçiləri təcili tibbi yardımı gec çağırdığı üçün qadının vəziyyəti olduqca pisləşib. İlkin yardımın göstərilməməsi qadının uzun müddət bayqın halda olmasına səbəb olub. Həmin görüntüləri əlavə şərhlər etmədən təqdim edirik: BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosuna dolan su sərnişinlər üçün təhlükəlidir?
Bakı metrosunda yeraltı sularını axması sərnişinlər üçün nə dərəcədə təhlükəlidir? Bu barədə BAKU.WS-in redaksiyasına çoxsaylı müraciətlər daxil olub. Vətəndaş...