Ekrem İmamoğluna hökm oxundu

Ekrem İmamoğluna hökm oxundu
Dünya 79

İstanbul Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu haqqında növbəti məhkəmə hökmü çıxarılıb. O Tuzlanın sabiq icra başçısı Şadi Yazıcıya qarşı təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə İmamoğlu 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məhkəmə işinin mahiyyəti üzrə rəyini bildirən prokuror İmamoğlunun irəli sürülən ittiham əsasında 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzasına məhkum edilməsini istəyib.

Tərəflərin və vəkillərin müdafiə çıxışlarından sonra hakim yekun verdiyi hökmü açıqlayıb.

Bu hökm apellyasiya mərhələsində ləğv edilməzsə, İmamoğlu barəsindəki "siyasi qadağa" qərarı tam qətiləşəcək və İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi üçün məclis üzvləri arasında yenidən seçki keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər