Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Tatarıstan Respublikasında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həyatlarını itiriblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, Sabi rayonunda hava gəmisinin yerə çırpılması nəticəsində iki nəfər - təyyarəni idarə edən şəxs və sərnişin həlak olub.
Məlumata görə, "Cessna-172" markalı yüngülmühərrikli təyyarə sentyabrın 12-də gündüz saatlarında fərdi yaşayış evinin həyətyanı sahəsinə düşüb. İlkin ehtimallara əsasən, hadisəyə pilotun idarəetmədə buraxdığı səhv və ya hava gəmisindəki texniki nasazlıq səbəb ola bilər.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqatlara başlanılıb və qəzanın bütün təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...