Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir.
Agentlikdən bildirilib ki, seçim prosesi sentyabrın 30-da saat 15:00-dək davam edəcək. Bu müddət ərzində övladı üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər tələb olunan sənədlərlə məktəbə müraciət edərək qəbul prosedurunu tamamlaya bilərlər.
Qeyd edilib ki, elektron qəbul yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikmiş və müəyyən edilmiş müddətdə elektron sistem vasitəsilə sorğu yerləşdirmiş uşaqlara şamil olunur.
Məlumata görə, 2026-2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul edilib.
Oxşar xəbərlər
Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə…
Nar şirəsi ürək-damar sisteminin fəaliyyətini dəstəkləmək qabiliyyətinə malik zəngin bioloji aktiv maddələr mənbəyidir. BAKU.WS xarici KİV-ə istinadən xəbər ver...