Nazir mərhum prokurorun general oğluna vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.
Oxşar xəbərlər
Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər...
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Ə...