SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda keçirilən reyd zamanı yol polisinin bahalı avtomobilləri saxlaması barədə məlumat vermişdik. Saxlanılan avtomobillər haqda yeni məlumatlar ortaya çıxıb.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, saxlanılan avtomobillər arasında daha iki bahalı maşın olub. Ödənilməmiş cərimələri olan 10 UM 055 dövlət nömrə nişanlı "Maserati” səsboğucuya da müdaxilə edibmiş. Məhz bu səbəbdən həmin avtomobilin cərimə meydançasına aparılmasına qərar verilib.

Bunun ardınca isə "Azneft” meydanında 10 DV 900 nömrəli "Mercedes – Galendewagen” markalı avtomobil saxlanılıb. Avtomobilə konstruksiya dəyişikliyi edilib və əlavə işıqlar quraşdırılıb. Bundan əlavə, səsboğucuya da müdaxilə olunduğu üçün "Galik” də cərimə meydançasına aparılıb.

Maraqlıdır ki, avtomobilin sürücüsü məsuliyyətdən yayınmaq üçün atasının adını çəkərək "Emiland” geyim dükanları şəbəkəsinin müdirinin oğlu olduğunu bildirib. Lakin yol polisləri buna əhəmiyyət verməyərək avtomobili cərimə meydançasına aparıblar.

Həmin gün 90 VF 555 nömrəli "Hyundai - Genesis" markalı avtomobil də "ştrafnoy”a salınıb.

Fotolar da elə cərimə meydançasının qaşısında çəkilib:

Ziya Səccad
BAKU.WS