Xidmət rəisi: Ermənilərin Xudavəng monastırındakı qanunsuz bərpa işləri tarixi saxtalaşdırmağa yönəlib
Ermənilər Xudavəng monastırında işğalın son 10–20 ili ərzində qanunsuz bərpa işləri aparıb və bu işlərin məqsədi tarixi saxtalaşdırmaq olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.
Onun sözlərinə görə, ermənilər hətta özləri bərpa etdikləri iki freskanı ərazini tərk edərkən oğurlayıb aparıblar:
"Biz bununla bağlı məlumatı beynəlxalq ictimaiyyətə də təqdim etmişik. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət mədəni irsimizin bu nümunələrinin geri qaytarılmasına kömək göstərəcək".
S.Hacıyeva, həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması ərazinin mina təhlükəsinə görə hələ tamamlanmayıb:
"Genişmiqyaslı humanitar minatəmizləmə işləri ilə yanaşı, Azərbaycan bərpa prosesində insan və mədəniyyət mərkəzli yanaşma tətbiq edir. Tarixi abidələr bərpa olunur, mədəniyyət müəssisələri yenidən açılır, "ağıllı kəndlər" və müasir şəhərlər salınır".
Oxşar xəbərlər
Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub
Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması nəzərdə tutulub. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsd...