SOCAR-ın prezidenti CC7-nin İdarə Heyətinin sədri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Çin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Lunq Xayyanq, eləcə də Çin İnkişaf Bankının və Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzində Beynəlxalq Enerji İqtisadiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə, o cümlədən enerji və investisiya qoyuluşu istiqamətində inkişaf edən strateji tərəfdaşlıq münasibətlərinin SOCAR ilə Çin şirkətləri və maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı qeyd olunub.
Söhbət zamanı qonaqlara SOCAR-ın inkişaf strategiyası, həyata keçirdiyi və perspektivdə nəzərdə tutulan enerji layihələri barədə məlumat verilib.
Görüşdə tərəflər enerji sektorunun müxtəlif sahələrində, o cümlədən emal və neft-kimya, istehsal müəssisələrinin modernləşdirilməsi, həmçinin yaşıl enerji layihələrinin inkişafı, innovasiya və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...