Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı

Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı
Foto
Hadisə 20

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib.

BAKU.WS xəbər verir ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı

Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər