İçərişəhərə avtomobillərin girişinin tam məhdudlaşdırılmamasının səbəbi açıqlanıb
İçərişəhər ərazisinə daxil olan avtomobillərin sayının iki dəfə azaldılmasına nail olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) dördüncü günündə deyib.
Onun sözlərinə görə, İçərişəhərin nəqliyyat vasitələri üzrə maksimum tutumu əvvəllər 600 avtomobil idi, indi isə bu göstərici 300-ə endirilib:
"Əlbəttə, burada yerli sahibkarlar və sakinlər yaşayırlar. Ona görə də ərazini avtomobillərin hərəkətinə tamamilə bağlamaq mümkün deyil. Lakin nəqliyyat vasitələrinin sayının azaldılması və müəyyən məhdudiyyətlərin tətbiqi dayanıqlı hərəkətliliyin təmin olunması istiqamətində atılan addımlardan biridir".
Aytac Əlisultanlı əlavə edib ki, İçərişəhər qala divarları daxilində cəmi 22 hektarlıq məhdud ərazini əhatə edir:
"Ona görə də ərazini fiziki baxımdan genişləndirilməsi imkanı yoxdur".
Oxşar xəbərlər
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verilib
Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında qərar qəbul edib. BAKU.WS xəbər ver...