VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN Bakıda peyda olan manyak barədə daha bir açıqlama yayıb. 

Qurumdan BAKU.WS-ə daxil olan məlumatda Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görüldüyü deyilir.

Araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib. Əlavə məlumat veriləcək.

***10.09

Bakıda Nərimanov rayonunda məktəbli qızlardan birinə manyak yaxınlaşıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib.

Məktəbli onun təklifini rədd edərək yaxındakı mağazaya daxil olub.

Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alnıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Orxan Hüseyn
BAKU.WS
VİDEO