SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayonunun Havarlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Z.Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Vaqif Çələbi oğlu Məmmədovu vurub.

Nəticədə piyada ağır xəsarətlər alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS