Azərbaycanda 6 nəfərin öldüyü DƏHŞƏTLİ qəzanın görüntüləri yayıldı (VİDEO18+)

Azərbaycanda 6 nəfərin öldüyü DƏHŞƏTLİ qəzanın görüntüləri yayıldı (VİDEO18+)
Video
Hadisə 57813

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

***

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub. 

Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, "Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub. 

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 

***

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.

Hadisə zamanı ölənlər Yevlaxın Salahlı kəndinin sakinləri: "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Səfərov Riyad Surxay oğlu, həmin avtomobilin sərnişini, 1961-ci il təvəllüdlü Kəlbəcər rayonundan olan məcburi köçkün Həşimov İlyas Yunus oğlu, habelə "VAZ-21015" markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Tərtər rayonunun Cəmilli kənd sakini Zülqədərli Zülqədar Üzeyir oğlu, "VAZ-21015" markalı avtomobilin sərnişini, Mingəçevir sakini, 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, 1993-cü il təvəllüdlü Mingəçevir sakini Allahverdiyev Zahir Həsən oğludur.

Hadisə zamanı həmçinin "VAZ-2107" markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü, Kəlbəcər sakini Alışanov Tural Əfqan oğlu ağır xəsarət alıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. 

***

FHN də qəza ilə bağlı məlumat yayıb. Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki "VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meytini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Video: XoxuTv 

BAKU.WS 

Oxşar xəbərlər

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – FOTO (YENİLƏNİB)

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – FOTO (YENİLƏNİB)

Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə gör...

2598 Hadisə 22:12 12 may 2017

Son xəbərlər