Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – FOTO (YENİLƏNİB)

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – FOTO (YENİLƏNİB)
Hadisə 2598
 

Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı VAZ21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki minik maşınının sürücüsü və daha üç nəfər - VAZ-2107-nin sərnişini, Kəlbəcər rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü Həşimov İlya Yunis oğlu, digər maşındakı sərnişinlər, Mingəçevir şəhər sakini, 1988-ci ildə anadan olmuş Zeynalov Pərviz Fərəc oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu hadisə yerində keçiniblər.

VAZ 2107-də olan digər sərnişin, Kəlbəcər rayonundan məcburi köçkün Alışanlı Tural Əliyar oğlu ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Yevlax Rayon polis Şöbəsində araşdırma aparılır.

Report-un məlumatına görə, xəstəxanaya aparılan şəxs də dünyasını dəyişib.

BAKU.WS

Oxşar xəbərlər

Polis qəza törətdi - Ölən var

Polis qəza törətdi - Ölən var

Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:46 radələrində, B...

1796 Hadisə 09:06 14 mart 2017

Son xəbərlər