Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb

04
iyl
2022
09:24
Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayonunun Havarlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Z.Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Vaqif Çələbi oğlu Məmmədovu vurub.
Nəticədə piyada ağır xəsarətlər alıb və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri s...