15 yaşlı uşaq dənizdə boğuldu - VİDEO
Lənkəranda dəniz daha bir can aldı.
Şəhərin "Kiçik Bazar" ərazisində, Xəzər dənizində Göyşaban kənd sakini 15 yaşlı İslamzadə Elmar Eldar oğlu boğulub.
Hadisə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Məntəqəsinin yaxınlığında baş verib. Yaşıdları ilə birlikdə dənizdə çimən yeniyetmə qəfildən boğulmağa başlayıb. Dalğaların güclü olması səbəbindən yaxınlıqdakılar onu çıxara bilməyiblər.
Dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Dəstəsinin dalğıcları Elmar İslamzadənin axtarışlarını həyata keçirirlər. Hələlik onun meyidini aşkar etmək mümkün olmayıb.
Bu, son bir həftə ərzində Lənkəranda baş verən ikinci boğulma faktıdır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 18 yaşlı oğlan dənizdə batıb
Bakıda 18 yaşlı oğlan dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxi...