Avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Nəsimikənd kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abdin oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə Biləsuvar rayonu Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, mərhum 5 ay əvvəl Rusiya Federasiyasına işləməyə gedib və ötən gün ailəsinin yanına qayıdan zaman bu hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 13 yaşlı uşağın dəhşətli ölüm anı KAMERAYA DÜŞDÜ - VİDEO
Ötən həftə Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən dəhşətli hadisə baş verib. Bu barədə BAKU.WS-in "qaynar xətt"inə hadisə qurbanının yaxınları məl...
