SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda yol polisinin təqib etdiyi avtomobil qəza törədib.
 
BAKU.WS qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, yol polisinin "saxla" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşan "KİA" markalı, 90 SB 808 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq qəza törədib. Həmin avtomobilin 8 yol polisi avtomobili ilə təqib edildiyi bildirilir.

Qəza nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları sürücünün maşını yenidən işə salıb qaçmasının qarşısını almaq üçün avtomobilin təkərlərini deşiblər. Sürücünün hansı səbəbdən əmrə tabe olmamasının səbəbi hələlik məlum deyil. 
 
BAKU.WS