Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı
Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində istintaq başladılıb.
BAKU.WS xəbər verir ki, Van Baş Prokurorluğunun qərarı ilə Tançalan sosial media paylaşımlarına görə Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi üzrə araşdırmaya cəlb edilib. Onun paylaşımlarında Türkiyə dövlətinin, türk millətinin və dövlət qurumlarının təhqir edildiyi iddia olunur.
Tançalan gecə saatlarında Vanın Muradiye rayonundakı evində keçirilən əməliyyat zamanı saxlanılıb. Onun toyunda taxılan külli miqdarda qızılların mənşəyi ilə bağlı da maliyyə araşdırması başladılıb və məsələ MASAK-a yönləndirilib.
Məlumata görə, Tançalanın daha əvvəl 25 cinayət hadisəsi üzrə qeydiyyatda olduğu müəyyənləşdirilib. Onunla bağlı hüquqi və maliyyə araşdırmaları davam edir.
Oxşar xəbərlər
İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib
Aktyor və rejissor Sermiyan Midyat müğənni İbrahim Tatlıseslə bağlı maraqlı etiraf edib. BAKU.WS xəbər verir ki, Midyat illər əvvəl silahlı hücuma məruz qalan T...