Kişiləri cinsi münasibət adı ilə aldadıb, 3 nəfəri öldürdü

Kişiləri cinsi münasibət adı ilə aldadıb, 3 nəfəri öldürdü
Dünya 55

ABŞ-nin Nyu-York şəhərində 39 yaşlı Tabita Bandrik cinsi əlaqə vədi ilə yaxınlaşdığı kişilərə narkotik maddə verərək üç nəfərin ölümünə səbəb olduğunu və onların şəxsi əşyalarını oğurladığını etiraf edib.

BAKU.WS xəbər verir ki, Bandrik 2023-cü ilin aprelindən 2024-cü ilin fevralınadək dörd kişini hədəf alıb. Onlardan üçü həyatını itirib, biri isə sağ qalıb.

İstintaqın məlumatına görə, Bandrik bəzi kişilərə cinsi əlaqə təklif edərək onları müxtəlif ünvanlara aparıb. Daha sonra onlara narkotik maddə verib. Kişilər huşlarını itirdikdən sonra qadın onların telefon, pul, saat, geyim və ayaqqabı kimi əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.

İlk hadisə 2023-cü il aprelin 30-da Vaşinqton-Hayts ərazisində baş verib. Bandrik iki kişi ilə birlikdə boş mənzilə gedib və onlara narkotik maddə verib. Səhər kişilərdən biri 42 yaşlı dostu Mario Paullanın öldüyünü görüb.

Daha sonra 39 yaşlı Migel Naves və 34 yaşlı Abrian Fernandes də oxşar üsulla hədəfə alınıb. Fernandesin evindən böyük çantalarla çıxan Bandrik təhlükəsizlik kameralarına düşüb. Onun saxlanılmasından sonra evində ölən şəxslərə məxsus dörd cüt ayaqqabı da aşkarlanıb.

Bandrik üç ayrı ikinci dərəcəli qətl və bir ikinci dərəcəli hücum ittihamını qəbul edib. Onun 27 ildən ömürlük həbsə qədər cəza alması gözlənilir. Hökmün oktyabrın 6-da elan ediləcəyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər