SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-2020-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbilərin sayı 90-a yaxın ölkədən 6600 nəfərdən çox olub və əvvəlki illə müqayisədə 21% artıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında məlumat verilib.

Hesabatda qeyd edilib ki, əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti daxildir.

”Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin və Nigeriyadan gələn tələbələr üstünlük təşkil edib”, - deyə hesabatda bildirilib.

BAKU.WS