"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib.
AHİK-in və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaratmaq məqsədilə təşkil olunub.
Aksiya çərçivəsində sağlamlıq mərkəzinin ərazisində abadlıq işləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib.
Həmkarlar ittifaqları tərəfindən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən sosial-ekoloji tədbirlər bundan sonra davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
"Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı ilə cari ilin oktyabrın 30-u saat 09:30-da ADA Universitetində Türkiyənin qabaqcıl universitetlərindən...