Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA
Azərbaycanın müxtəlif bölgələrində leysan yağışları və güclü sel nəticəsində zədələnmiş avtomobil yollarının və körpülərin bərpası istiqamətində görülən işlərin nəticələrini əks etdirən görüntülər təqdim olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən bərpa tədbirləri nəticəsində bir sıra yollarda selin fəsadları aradan qaldırılıb, təhlükəsiz və rahat hərəkət şəraiti yaradılıb.
Videoda bərpa edilmiş avtomobil yollarının və körpülərin əvvəlki və indiki vəziyyəti müqayisəli şəkildə nümayiş olunur.
Görüntülər aşağıdakı avtomobil yollarını əhatə edir:
1. Xaçmaz-Xudat-Yalama a/yolunun 60-cı km-i, Xaçmaz rayonu;
2. Lökbatan-Güzdək a/yolunun 2,2-ci km-i, Qaradağ rayonu;
3. Qusar-Həzrə-Sudur a/yolunun 15-ci km-i, Qusar rayonu;
4. Düzbilici-Vələsi-Çinarlar a/yolunun 16 və 18-ci km-i, Şabran rayonu.
Qeyd edək ki, bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.
Oxşar xəbərlər
Yeni Lexus ES. zəriflik və innovasiyanın yeni nəsli
Lexus-un elektrikləşmə strategiyasının yeni parlaq nümayəndəsi olan ES modeli Danimarkanın Kopenhagen şəhərində keçirilən möhtəşəm təqdimatdan sonra artıq Azərb...