İmkansız tələbələrə ŞAD XƏBƏR: Təhsil haqqını fond ödəyəcək
02
noy
2018
23:32
Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək.Fonddan BAKU.WS-ə verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək:Milli qəhrəman övladları;I, II və III qrup əlil olan gənclər;Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;I qrup əlil valideyni olan gənclər;Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;Aztəminatlı ailədən olan gənclər.Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:1. Bakı Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialı2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti3. Azərbaycan Texniki Universiteti4. Azərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialıAzərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı5. Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialıAzərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialıAzərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialıAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialıAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı6. Azərbaycan Memarlıq və İnşaat Universiteti7. Bakı Slavyan Universiteti8. Azərbaycan Dillər Universiteti9. Bakı Mühəndislik Universiteti10. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti12. Sumqayıt Dövlət Universiteti13. Lənkəran Dövlət Universiteti14. Gəncə Dövlət Universiteti15 Azərbaycan Texnologiya Universiteti16. Mingəçevir Dövlət Universiteti17. Naxçıvan Dövlət Universiteti18. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası19. Azərbaycan Milli Konservatoriyası20. Naxçıvan Müəllimlər İnstitutu21. Azərbaycan Tibb Universiteti22. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası23. Azərbaycan Dövlət Aqrar Universiteti24. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası25. Azərbaycan Dövlət Dəniz Akademiyası26. Milli Aviasiya Akademiyası27. “ADA” Universiteti28. Bakı Ali Neft Məktəbi29. Azərbaycan Turizm və Menecment Universiteti30. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı31. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı.BAKU.WS
Oxşar xəbərlər
Prezident göstəriş verdi, bu şəxslərə 5 faizlə kredit veriləcək - QAYDALAR
Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası müəyyən edilib. BAKU...