Bakıda piyadaları SEVİNDİRƏCƏK YENİLİK: Paytaxt küçələrində...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində növbəti layihəyə start verilir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt ərazisində tumba və məhəccərlərin hazırlanaraq quraşdırılmasını həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 1 milyon 224 min manat təşkil edir.
İşlər çərçivəsində şəhərin müxtəlif ərazilərində 2 900 ədəd tumba və ümumilikdə 1 100 paqon metr metal məhəccər quraşdırılması nəzərdə tutulur. Tumbalar avtomobillərin səkilərə çıxmasının qarşısını almaq, məhəccərlər isə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Həyata keçiriləcək işlərin paytaxtda yol infrastrukturunun təkmilləşdirilməsinə, piyadaların təhlükəsizliyinin gücləndirilməsinə və nəqliyyatın daha nizamlı təşkilinə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...