Abşeron sahillərinə kütləvi çəyirtkə hücumunun səbəbi bilindi
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır.
Bu barədə BAKU.WS-ə Kənd Təsərrüfatı Nazirliyindən bildirib.
Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı nazirlik yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub.
Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər. Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır.
Qalereya
Oxşar xəbərlər
Ukrayna Milli Polisində xidmət edən azərbaycanlılar mükafatlandırılıb
Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı 4 iyul - Polis Günü münasibətilə Ukrayna Milli Polisində işləyən bir qrup azərbayca...