İlqarə Kazımova: "Gəlmə daha"
Müğənni İlqarə Kazımova yaradıcılığında növbəti yeniliyə imza atıb.
BAKU.WS xəbər verir ki, estetik zövqü və özünəməxsus ifa tərzi ilə seçilən müğənni bu dəfə "Gəlmə daha" adlı yeni mahnısını və ona çəkilən klipini təqdim edib.
Məlum olub ki, İlqarə son dövrlər gərgin iş qrafikinə baxmayaraq, məhz bu layihə üzərində böyük həvəslə çalışıb.
Mahnının sözləri və musiqisi OGB və Clavisə məxsusdur. Layihənin vizual konsepsiyası kreativ direktor Oqtay Cəfər tərəfindən hazırlanıb.
İdeya inkişafı, yaradıcı konsultasiya və layihənin prodüserliyi isə Lana Sokolova tərəfindən həyata keçirilib.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...