İstanbulun bir hissəsini su basdı, küçələr gölə döndü

İstanbulun bir hissəsini su basdı, küçələr gölə döndü
Foto
Dünya 63

Türkiyədə isti hava dalğası yerini şiddətli yağışlara verib.

BAKU.WS xəbər verir ki, həftəsonu ölkənin bir çox bölgəsində müşahidə olunacağı proqnozlaşdırılan leysan yağışları artıq İstanbulda öz təsirini göstərməyə başlayıb.

İstanbul Valiliyi və AKOM-un (Fəlakət Koordinasiya Mərkəzi) etdiyi xəbərdarlıqlardan sonra şəhərdə səhər saatlarından etibarən şiddətli yağıntılar müşahidə edilib.

Beşiktaş, Fatih, Bakırköy, Eyüpsultan, Sultangazi və Kağıthane rayonlarında yağış fasilələrlə intensiv davam edir.

Ümraniye, Kadıköy, Beykoz və Üsküdar başda olmaqla bir çox ərazidə leysan və göy gurultusu qeydə alınıb.

Şiddətli yağıntı səbəbindən bir çox magistral və küçələrdə su gölməçələri yaranıb, nəqliyyatın hərəkətində çətinliklər yaşanıb.

Təbiət hadisəsi xoşagəlməz hadisələrə də yol açıb.

Şişli Dolapdere ərazisində güclü külək və leysanın təsiri ilə iki ağac park halında olan avtomobillərin üzərinə aşıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Meteoroloji məlumatlara görə, yağışlı hava şəraiti axşam saat 20:00-dək davam edəcək.

Rəsmi qurumlar vətəndaşları sel, su basqınları və ağacların aşması kimi təhlükələrə qarşı diqqətli olmağa, zərurət olmadıqca çölə çıxmamağa çağırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər