Azərbaycanda əcnəbi tələbələr ən çox bu universitetlərdə təhsil alır - SİYAHI

Azərbaycanda əcnəbi tələbələr ən çox bu universitetlərdə təhsil alır  - SİYAHI
Sosial 292

2019-2020-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbilərin sayı 90-a yaxın ölkədən 6600 nəfərdən çox olub və əvvəlki illə müqayisədə 21% artıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında məlumat verilib.

Hesabatda qeyd edilib ki, əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti daxildir.

”Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin və Nigeriyadan gələn tələbələr üstünlük təşkil edib”, - deyə hesabatda bildirilib.

Oxşar xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...

3842 Sosial 21:33 26 fevral 2020

Son xəbərlər