Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri (SİYAHI)
02
apr
2018
12:32
2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə ixtisaslar üzrə müsabiqə şərtləri məlum olub.Müsabiqə şərtlərini təqdim edirik:I ixtisas qrupu üzrə:- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;- "Riyaziyyat”, "Fizika”, "Kompüter elmləri”, "Nəqliyyat tikintisi mühəndisliyi”, "İnşaat mühəndisliyi”, "İnformasiya texnologiyaları”, "Geologiya”, "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin ("ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarınınmüsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;- "Memarlıq” ixtisasının müsabiqəsində test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):Torpaqşünaslıq və aqrokimyaAzərbaycan Dövlət Aqrar UniversitetiLənkəran Dövlət UniversitetiMeşəçilikLənkəran Dövlət UniversitetiQərbi Kaspi UniversitetiAqronomluqLənkəran Dövlət UniversitetiMeliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyiNaxçıvan Dövlət UniversitetiTexnologiya müəllimliyiNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiLənkəran Dövlət UniversitetiNəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyiAzərbaycan Texnologiya UniversitetiMeşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyiQərbi Kaspi UniversitetiÇoxişlənən malların texnologiyası mühəndisliyiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiMingəçevir Dövlət Universitetiİstehlak mallarının ekspertizası və marketinqiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərbi Kaspi UniversitetiAzərbaycan Dövlət Aqrar UniversitetiPoliqrafiya mühəndisliyiQərbi Kaspi Universiteti- Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).II ixtisas qrupu üzrə:- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin ("ADA” universiteti istisna olmaqla) "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin ("ADA” Universiteti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):MarketinqGəncə Dövlət UniversitetiLənkəran Dövlət UniversitetiAzərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialıAzərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiAzərbaycan Kooperasiya UniversitetiAzərbaycan UniversitetiXəzər Universiteti"Odlar Yurdu" UniversitetiBakı Biznes UniversitetiAzərbaycan Dövlət Aqrar UniversitetiQərbi Kaspi UniversitetiBakı Avrasiya UniversitetiBiznesin idarə edilməsiAzərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialıGəncə Dövlət UniversitetiAzərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiLənkəran Dövlət UniversitetiAzərbaycan Dövlət Aqrar UniversitetiAzərbaycan Universiteti"Odlar Yurdu" UniversitetiQərbi Kaspi UniversitetiBakı Biznes UniversitetiXəzər UniversitetiAzərbaycan Kooperasiya UniversitetiBakı Avrasiya UniversitetiKommersiyaAzərbaycan Texnologiya UniversitetiAzərbaycan UniversitetiAzərbaycan Kooperasiya UniversitetiRegionşünaslıq (regionlar üzrə)Qərbi Kaspi UniversitetiXəzər UniversitetiBakı Avrasiya UniversitetiTurizm və otelçilikNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiMingəçevir Dövlət UniversitetiLənkəran Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialıAzərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialıAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərbi Kaspi UniversitetiXəzər Universiteti"Odlar Yurdu" UniversitetiNaxçıvan UniversitetiIII ixtisas qrupu üzrə:- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin "Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin ("ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;- Bakı İslam Universitetinin "Dinşünaslıq” ixtisası üzrə müsabiqəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq” ixtisası üzrə isə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh¬sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunmasıNaxçıvan Dövlət UniversitetiLənkəran Dövlət UniversitetiSosial işNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialıAzərbaycan UniversitetiAzərbaycan Əmək və Sosial Münasibətlər AkademiyasıAzərbaycan Kooperasiya UniversitetiIV ixtisas qrupu üzrə:- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti "4” və ya "5” olan abituriyentlər buraxılır;- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):BaytarlıqLənkəran Dövlət UniversitetiEkologiyaLənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərbi Kaspi Universiteti- Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər", "Ekologiya", "Əczaçılıq" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (dövlət ali təhsil müəssisələrində tədrisi ingilis dilində olan, "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" və "Tərcümə (dillər üzrə)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyə şamil olunmur.Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.
Oxşar xəbərlər
Ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçiminə başlanıldı
Bu gündən etibarən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət K...