Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak edib
Video
Siyasət 153

Azərbaycan nümayəndə heyəti İranın sabiq dini lideri Əli Xameneinin vida mərasimində iştirak edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər daxildirlər.

*** 15:07

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib.

BAKU.WS xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb.

Qeyd edək ki, İrana yollanan nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova, baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər daxildirlər.

Son xəbərlər