Bakıda evdə PARTLAYIŞ: Ölən və xəsarət alanlar bir ailə üzvləridir

Bakıda evdə PARTLAYIŞ: Ölən və xəsarət alanlar bir ailə üzvləridir
Foto
Hadisə 118

Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ölən şəxs 2010-cu il təvəllüdlü Zəhra Pərvin qızı İsrafilovadır.

Hadisə zamanı evdə 4 nəfər - ana və 3 övladı olub. Z.İsrafilova partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.

Ailənin daha bir üzvü isə dağıntılar altından sağ çıxarılıb.

***10:44

Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib, ölən var.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər 2010-cu il təvəllüdlü vətəndaşın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər